Salam, xoş gəlmisiniz.

Qobustanda ana 3 azyaşlı övladı ilə zəhərlənərək xəstəxanalıq oldu

2020-01-13 18:12:00

Qobustanda ana 3 azyaşlı övladı ilə zəhərlənərək xəstəxanalıq oldu

Qobustan rayonunda bir ailə dəm qazından zəhərlənib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə Qobustan şəhəri, M. Ə. Sabir küçəsi, ev 16-da baş verib.

Həmin evdə yaşayan, 1990-cı il təvəllüdlü Rəna Aslanova, övladları-2009-cu il təvəllüdlü Suvra Muradova, 2010-cu il təvəllüdlü Elçin Muradov və 2012-ci il təvəllüdlü Silarə Muradova yaşadıqları evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərləniblər. Ailə təcili Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım olunublar. Hazırda ailə üzvlərinin vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru