Qod Nisanov Azərbaycana 10 təcili tibbi yardım maşını göndərdi – FOTOLAR

8 May, 2020, 18:57
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində dövlətlə yanaşı, ictimaiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən göstərilən həmrəylik diqqət çəkir.

Hurriyyet.org xəbər verir ki, dövlət tərəfindən görülən işlərə vətəndaşların növbəti dəstəyi isə Rusiyada yaşayan həmyerlimizdən gəlib. Rusiyada fəaliyyət göstərən iş adamı Qod Nisanovun təşəbbüsü ilə ölkəmizə 10 təcili tibbi yardım maşını göndərilib.

Xüsusi təyyarə ilə Bakıya çatdırılan maşınlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” – TƏBİB-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birliyin istifadəsinə verilib.

Hazırda qlobal səviyyədə COVID-19 pandemiyası ilə mübarizə aparıldığı bir dövrdə dövlətlərin və insanların həmrəylik nümayiş etdirməsi yüksək qiymətləndirilir. Çünki bütün zamanlarda hər bir çətinlik və təhlükə birgə səylər nəticəsində dəf olunub. Dünyada yeni növ koronavirus infeksiyasının yayıldığı bir dövrdə də COVID-19 xəstəliyi ilə mübarizə qarşılıqlı dəstək olduqda daha səmərəlidir./Azərtac/

Qod Nisanov Azərbaycana 10 təcili tibbi yardım maşını göndərdi - Fotolar   Qod Nisanov Azərbaycana 10 təcili tibbi yardım maşını göndərdi - Fotolar   Qod Nisanov Azərbaycana 10 təcili tibbi yardım maşını göndərdi - Fotolar   Qod Nisanov Azərbaycana 10 təcili tibbi yardım maşını göndərdi - Fotolar   Qod Nisanov Azərbaycana 10 təcili tibbi yardım maşını göndərdi - Fotolar


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93