Salam, xoş gəlmisiniz.

Qonşu ölkədə virusa məhəl qoymadan dənizə axışdılar - Video

2020-03-25 20:06:00

Qonşu ölkədə virusa məhəl qoymadan dənizə axışdılar - Video

Türkiyədə koronavirus daşıyıcılarının sayı sürətlə artır. Son məlumata görə, ölkədə 1874 nəfərdə pandemiya aşkarlanıb, 44 türkiyəli həyatını itirib.

Virusun sürətlə yayılmasına Antalyada məhəl qoymurlar. Şəhər sakinləri dənizə axışırlar. Konyaaltı sahili insanla dolub-daşır.

Jurnalistlərlə söhbətləşən vətəndaşlar temperaturun xeyli artmasına biganə qala bilmədiklərini deyiblər. 55 il Parisdə yaşamış Cafer Yazgü evdə beş gün dözdüyünü söyləyib. Amma bundan artıq qala bilməyib: “Bura gələndə avtobusa minmədim. Küçəyə gözlüyümü, maskamı, əlcəklərimi taxaraq çıxdım. Bir az dəniz havası almağa ehtiyacım var. Mən heç kimə virus yaymıram. Mənə də virus keçirməsinlər”.

Antalyada yaşayan Anna Alekseyeva övladları ilə günəş vannası qəbul etmək qərarına gəlib. Jurnalistlərin suallarına cavab verən qadın virusdan qorxmadığını söyləyib.

Dəniz sahilinə velosipedi ilə gələn Ender Yutulmaz isə hər gün belə davrandığını deyib. O, heç kimə yaxınlaşmadığını, bir az dəniz havası alandan sonra geri döndüyünü bildirib. \\Bizimyol.info 

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93