Qorxunc addım: ABŞ qoşunlarını niyə geri çəkdi? – “Nüvə savaşı…”

0

“ABŞ qoşunlarının geri çəkilməsi Almaniya üçün təhlükəsizlik risklərini artırmayacaq, yeganə təəssüf hissi Vaşinqtonun belə genişmiqyaslı qərarı əvvəlcədən bildirməsini lazım saymadığıdır”.

Bunu Almaniya Budestaqının (parlament) üzvü Valdemar Gert deyib.

“Fikrimcə, ABŞ silahlı qüvvələrinin qismən çıxarılması Amerika hökumətinin suveren qərarıdır. Ancaq bu böyüklükdə bir qərarın əvvəlcədən elan edilməməsi, hərbi birləşmələrin müasir döyüşlərdə ikinci dərəcəli rol oynama ehtimalını yaradır. Böyük bir hərbi qarşıdurma halında, həm Avropa qitəsində, həm də xaricdə böyük nüvə arsensalının olduğunu nəzər alsaq, qoşunların burada ikinci dərəcəli rol oynadığını deyə bilərik. Beləliklə, ABŞ qoşunlarının geri çəkilməsi və ya köçürülməsi Almaniyanın təhlükəsizliyinə heç bir ciddi təhlükə yaratmır”, – deputat bildirib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Almaniyadakı Amerika qoşunlarının sayını 25 min nəfərə qədər azaldacağını açıqlayıb. \\Teleqraf