Salam, xoş gəlmisiniz.

Qırğızıstanda prezident seçkiləri: Omurbek Babanovun ciddi səhvləri rəqibi Jeenbekovu favoritə çevirib – TƏHLİL

2017-10-06 17:57:02

Qırğızıstanda prezident seçkiləri: Omurbek Babanovun ciddi səhvləri rəqibi Jeenbekovu favoritə çevirib – TƏHLİL

Aleksandr Travnikov

rosbalt.ru, 05.10.2017

Qırğızıstan tezliklə yeni dövlət başçısı qazanacaq. 9 gündən sonra Qırğızıstan prezidentinin seçkiləri baş tutacaq. Yükəsk posta iki gerçək iddiaçı qalıb – hakim Qırğızıstan Sosial-Demokrat Partiyasının irəli sürdüyü Sooronbay Jeenbekov və namizədliyini özü irəli sürmüş oliqarx və deputat Omurbek Babanov.

Əvvəlcə Babanov böyük fərqlə liderlik edirdi, amma indi durum dəyişilib. Reytinqin başında Jeenbekov durub. Buna baxmayaraq iki namizəd arasında amansız qovğa davam edir. İndi qovğanın artıq keçmiş favoriti Omurbek Babanov millətlərarası münasibətlər və “xarici amil”də büdrəyib, necə deyərlər, zibilə düşüb. Sosioloji sorğuların məlumatları məhz bunu göstərir. Həm də bu “zibili” özü təşkil edib.Birinci – Qırğızıstan sityasətçiləri üçün ənənəvi milli məsələdir. Babanov özbək etnik azlığını öz tərəfinə çəkmək cəhdinə girişib. 2010-cu ildə millətlərarası toqquşmaların gedişində ciddi ziyan çəkmiş Oş şəhərinin mikrorayonlarından birində çıxış edərkən toplanmış özbəklərə bildirib ki, “dizüztə qalmaqdansa ayaqüstə ölməkləri” daha yaxşıdır. O bu anda respublikanın güneyində və şimalın önəmli hissəsində qırğız elektoratı itirib.

İkinci zibil ölkə üçün daha ekzotikdir. Babanov öz kampaniyasının ciddi addımı kimi Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə bu yaxınlardakı görüşünü nəzərə çarpdırmağa cəhd edib, amma müsbət effekt əvəzinə mənfisi alınıb: Qırğızıstan elektoratının vətənsevərcəsinə köklənmiş bölümü sonralar Astananın təsirinə düşmək perspektivindən hiddətlənib.

Babanovun yaxın silahdaşı, deputat Kanat İsayevə nisbətdə cinayət işi də namizədin ətrafında mənfi fon yaradır. İsayevi bu günlərdə Babanovun uduzacağı halda dövlət çevrilşi hazırlamaqda ittiham edərək həbs ediblər (İsayevin iğtişaşlarda iştirak üçün cinayətkarları pulla ələ aldığı video dərc edilib).““

Namizədin özü tərəfdarlarını həmişə səsvermə günü 200-300 nəfərlik qruplarla bağlanmaqda olan məntəqələrə gəlməyə çağırır ki, “onların səslərini oğurlamasınlar” və bu, elektoratı, xüsusən də onun daha müdafiəsiz rusdilli hissəsini kütləvi iğtişaşlar perspektivi ilə qorxudur. Qeyd-şərtsiz qələbə naminə Babanovun ictimai əhvali-ruhiyyəni kökləmək səyi də iflasa uğrsyıb. Omurbek Babanov mətbuat konfransında elan edib ki, guya elektoratın 65%-i onu dəstəkləyir və bu zaman qanunvericiliyin tələblərinə rəğmən sitat gətirdiyi sorğunu məhz kimin keçirdiyini və digər zəruri ayrıntıları göstərməyib.

Qırğızıstan prezidenti Almazbek Atambayev oktyabrın 4-də bildirib ki, bu məlumatlar heç nə ilə təsdiq olunmur. O bunu namizədlərdən birinin guya “əhalinin 65%-nin ilk turda ona səs verməyə” hazır olduğu haqda məlumatları ictimai rəyə zorla qəbul etdirmək cəhdi adlandırıb.

Qırğızıstan başçısı bununla yanaşı adnministrasiyasının sifarişi üzrə ölkənin aparıcı sosioloji xidmətləri tərəfindən 2017-ci ilin martından oktyabrınadək aparılan gerçək sosioloji sorğunun nəticələri haqda məlumatı ictimaiyyətə çatdırmağın gərəkdiyini irəli çəkib.

Respublika prezidentinin göstərdiyi bu məlumatlar Babanovu sevindirməyib. Üç sosioloji təşkilatın reytinqlərində Jeenebekovun mövqelərinin çox da sürətli olmasa da, dönməz və daimi artımı müşahidə olunur, halbuki opponentinin reytinqi geriləyir. Babanovun yuxarıda sözügedən bir sıra ehtiyatsız bəyanatlarından sonra onun reytinqi isə son günlərdə hərbi mənada çöküb. Və Sooronbay Jeenebekov yazdan bəri ilk dəfə əsas rəqibini geridə qoyub.““Qırğızıstanda tanınmış “Əl-Pikir” sosiologiya şirkətinin məlumatına görə,Jeenbekova seçicilərin 40,4%-i, Babanova isə cəmi 21,8%-i səs verməyə hazırdır. Təəccüblü deyil ki, o, hər yerdə özünün son dərəcə yüksək, guya birinci turda qələbəyə “zəmanət” verən reytinqi haqda danışmağı lazım gəlir.

Ola bilsin, Babanovun komandasını namizədlərin strat məlumatlarının tutuşdurulmasından doğan eyforiya pis durumda qoyub və indi panikaya keçir. Babanovun tabeliyindəki NTC kanalı hakimiyyətin tətbiq etməyə  nəzərdə tutduğu, “administrativ resurs”, guya yer alan pozuntular və s. haqda məlumatı günlərlə fırladır. Ola bilsin ki, onun qərargahı məğlubiyyət halında hakimiyyətə basqı təşkil etməyə hazırlaşır ki, səsvermənin nəticələri ləğv edilsin.

Amma indi, deyəsən, seçkilərin nəticələri əvvəlcədən müəyyən olunub. Yerli ekspertlərin fikrincə, 20-30%-ə qədər qalxmaq Babanov üçün artıq real deyil. Əlbəttə, əgər Sooronbay Jeenbekov böyük səhvlər buraxmasa. Qırğızıstan gözlənilməz ölkədir və bu cür variantı tam çıxdaş etmək olmaz. Bu “əgər”in özü həmişə qalır – hətta sosioloqların tam yekdil olduğu yerdə də…

Tərcümə Strateq.az-ındır.

Sözardı: Kloop.kg portalı xəbər verir ki, Qırğızıstan prezidentliyinə namizədlər dünən dövlət televiziyasında teledebata çıxıblar və əsas atışma Babanovla Jeenbekov arasında gedib, onlar bir-birini tez-tez acılayıblar. Jeenbekov Babanovu Qırğızıstanın fərari prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyevlə dostluqda ittiham edib. Həmçinin onu “qaqaş”, “ətcəbala”, “cücə” adlandırıb və əlavə edib ki, korrupsiya ilə mübarizəni Babanovdan başlayacaq.

Babanov cavab verib ki, Jeenbekov “təklifsizlik edir” və söz verib ki, prezident olan kimi rəqibini “çaya” dəvət edəcək.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93