Qubad İbadoğlundan mobil operatorlara ÇAĞIRIŞ

7

"Heç olmazsa, hazırkı çətin şəraitdə bütün müştərilərə deyil, pensiyaçılara və tələbələrə güzəştlər edin"

"Donald Tramp internet və mobil provayderlərlə danışıqlar aparıb. Trampla danışıqlarda iştirak edən ABŞ-ın aparıcı şirkətləri abunəçilərin martın əvvəlindən yaranmış borclarını ödəyə bilmədikləri təqdirdə onlara xidmətləri 60 gün müddətinə dayandırmayacaqlarına dair öhdəlik götürüblər". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

ADR Hərəkatının sədrinin sözlərinə görə, şirkətlər həmçinin, gecikmiş ödənişlər üçün güzəştə getməyə və ehtiyacı olan hər kəsə Wi-Fi hotspotlar açmağa da razılıq veriblər: "Oxşar qərar ABŞ-dan əvvəl Özbəkistanda qəbul edilmişdi. Macarıstanın "Telenor" şirkəti müştərilərinə 100 Gb, Türkiyə mobil operatorları öyrəncilərə 8 Gb internet hədiyyə edib. Azərbaycanda isə "Azercell", "Bakcell" və "NAR Mobile" müştərilərin borclarına görə telefon xətlərini bağlayırlar. Xalqın hesabına varlanan mobil operatorlar bu günə qədər heç bir güzəşt və hədiyyə paketi elan etməyib. Heç olmazsa, hazırkı çətin şəraitdə bütün müştərilərə deyil, pensiyaçılara və tələbələrə güzəştlər edin".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org