Salam, xoş gəlmisiniz.

"ABŞ-ın neftin qiymətləri ilə bağlı “strategiyası” işə salınır"-KEÇMİŞ MALİYYƏ NAZİRİ 

2018-02-14 19:43:57

"ABŞ-ın neftin qiymətləri ilə bağlı “strategiyası” işə salınır"-KEÇMİŞ MALİYYƏ NAZİRİ 

"ABŞ 2019-cu ilə gündəlik neft hasilatını 11,2 milyon barelə çatdırmağı hədəfləyir"

"Son 20 gün ərzində dünya bazarlarında neftin qiyməti 8,1 dollar və ya 11,5% ucuzlaşıb. Yəni 20 gün öncə bir bareli 70,8 dollara satılan neft, indi 62,7 dollara satılır. 2016-cı ilin yanvar ayından sonra neftin qiymətlərində belə kəskin azalma müşahidə olunmayıb". Hurriyyet.org xəbər verir ki, bu barədə keçmiş maliyyə naziri Fikrət Yusifov deyib.

F. Yusifov nəzərə çatdırıb ki, qiymətlərdə kəskin azalmalar 2014-cü ilin ikinci yarısından başlayaraq 2015-ci ilin sonlarına qədər müşahidə edilmişdi: "Bəs, neftin qiymətləri 70 dollarlıq psixoloji həddi keçdikdən sonra nə baş verdi? Yenə də Amerika Birləşmiş Ştatlarının neftin qiymətləri ilə bağlı “strategiyası” işə salınır. Tək 2018-ci ilin yanvar ayında ABŞ-da gündəlik neft hasilatı 100 min barel artıb. Birləşmiş Ştatların gündəlik ümumi neft hasilatı artıq 10,2 milyon bareldir. Bu ABŞ-da neft hasilatı üzrə 1970-ci illərin rekordunun yenilənməsi deməkdir. 70-ci illərdə ABŞ-da gündəlik neft hasilatı 9,6 milyon barel təşkil edirdi. Bu günə məlum olan odur ki, cari ilin sonuna qədər ABŞ gündəlik neft hasilatını 10,6 milyon barelə, 2019-cu ildə isə 11,2 milyon barelə çatdırmağı hədəfləyir".

Cavid, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93