Salam, xoş gəlmisiniz.

"ABŞ dünyanı parçalayır" - SERGEY LAVROV

2019-02-26 12:11:47

"ABŞ dünyanı parçalayır" - SERGEY LAVROV

Hurriyyet.org xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyetnama rəsmi səfəri zamanı, Vayday Beynəlxalq Müzakirə Klubunun görüşündəki çıxışında çoxqütblü yeni bir dünya sisteminin yaranmağa başladığını bildirərək deyib: “Beynəlxalq hüquqi zəmin bölünür, ABŞ isə hər şeyi parçalayır”.

Lavrov BMT Təhlükəsizlik Şurasının dünyanın inkişaf etməkdə olan regionlarını kifayət qədər təmsil eləmədiyini vurğulayıb: “BMT TŞ ilə bağlı islahatlar aparmağın vaxtı keçməkdədir. Çünki Asiya, Afrika və Latın Amerikasındakı inkişaf edən bölgələri yetərincə təmsil edə bilmir”.

Lavrov bir çox qlobal məsələlərdə Avropa İttifaqının “qınına çəkildiyini” iddia edərək deyib: “Artıq dünyada çoxqütblü bir sistemin yaradılmasından bəhs edirik. Beynəlxalq hüquqi zəmin bölünür, ABŞ isə hər şeyi parçalayır. Avrasiyanın bəzi bölgələrinə baş verən hadisələr qınına çəkilmək kimi qiymətləndirilə bilər. Biz isə əhatəli bir prosesin başlanması üçün addımlar atmaq niyyətindəyik”.

Qərb ölkələrinin qaçqınlar məsələsində lazımi addımları atmadığını bildirən Lavrov deyib: “Liviyanı bombalayıb qara dəlik halına gətirən biz deyilik. İndi də ölkədəki terrorçu fəaliyyətlərlə əlaqədar şimala köç başlayıb. Məsuliyyət daşıyanların bu məsələ ilə məşğul olmasını məsləhət görürük”.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru