"Anamız kimi sevirdik" – Bakıda həkim öz tələbəsinin etdiyi əməliyyatdan sonra öldü – FOTO

12 İyun, 2019, 10:55
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Azərbaycan Dövlət Tibb Universitetinin müəllim, pediatr Sədaqət Şahsuvarova vəfat edib.

Hurriyyet.org Baku.ws-ə istinadən xəbər verir ki, 65 yaşlı həkim Avrasiya Hospitalında etdirdiyi liposeksiya əməliyyatından 4 gün sonra ölüb.

Onun əməliyyatı plastik cərrah Vüqar Ələkbərov tərəfindən həyata keçirilib. Cərrah açıqlamasında, pasiyentinin ölümündə günahkar olmadığını bildirdi:

"Əməliyyat uğurlu keçdi. Bir neçə saatdan sonra ayağa durub gəzdi. Lakin 2 gün sonra halı pisləşdi. Yaxınları onu başqa klinikaya apardılar, 4 gün sonra orada vəfat etdi.

Hazırda araşdırma gedir. Ölüm səbəbi qanda səbəbi bilinməyən infeksiyadır. Sidik yollarında da infeksiya tapılıb, üstəlik xroniki pnevmaniyası da var imiş.

Əgər ən az 1 həftə-10 gün sağ qalsaydı, infeksiyanın növünü tapıb müalicəyə başlayardıq. Yaşlı qadın idi. İmmun sistemi zəif olduğundan orqanizm infeksiya qarşısında aciz olub".

V.Ələkbərov Sədaqət xanımın vəfatından üzüldüyünü bildirdi: "Onun ölümü məni çox üzüb. Müəlliməm olub, anamız kimi çox sevirdik".


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93