Salam, xoş gəlmisiniz.

"Azərbaycanda heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir" - Əflatun Amaşov

2019-09-12 11:39:24

"Azərbaycanda heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir" - Əflatun Amaşov

“Azərbaycanda media sahəsində uğurlar əldə olunub, 1998-ci ildə senzura ləğv edilib, qanunvericilik bazası təkmilləşdirilib. Daha sonra Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Ölkədə daha heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir”.

Bunu Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Şura sədri qeyd edib ki, Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir: “Azərbaycanda 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Ölkəmizdə etnik qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir”. /report/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru