Salam, xoş gəlmisiniz.

"Azərbaycanda ideal mətbuat haqqında düşünə bilmərik" — "Əksəriyyəti peşəkarlıq nöqteyi-nəzəridən axsayır"

2019-07-22 21:05:51

"Azərbaycanda ideal mətbuat haqqında düşünə bilmərik" — "Əksəriyyəti peşəkarlıq nöqteyi-nəzəridən axsayır"

Bu gün Milli Mətbuat Günüdür. Bəs milli mətbuatımızın mövcud durumu, peşəkarlıq səviyyəsi nə dərəcədə qənaətbəxşdir.


Hurriyyet.org xəbət verir ki, media ilə ən çox işləyən millət vəkillərindən Fazil Mustafa Moderator.az-a açıqlamasında bu sahədə vəziyyətin o qədər də ürəkaçan olmadığını qeyd etdi:


“Bu məsələdə ümumiləşdirmə aparmaq olmaz. Çox az sayda saytlar və ya jurnalistlər var ki, onların peşəkarlığını kölgə altına almaq olmaz. Amma bu, çoxluq deyil. Mətbuatın böyük əksəriyyəti peşəkarlıq nöqteyi-nəzəridən axsayır. Hesab edirəm ki, buna səbəb normal təhsil və hazırlığın olmamasıdır. Bütövlükdə ölkəmizdə ideal mətbuat haqqında düşünə bilmərik. Hər-halda bu mövcudluğun özünün də normal qəbul etməliyik. Kömək etməliyik ki, mətbuat inkişaf etsin. Mətbuat siyasətçilərin başlıca tribunasıdır. Bu tribunada daha analitik bir düşüncəni gündəmə gətirmək lazımdır ki, bu, mətbuatın inkişafına fayda verə bilsin”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru