Salam, xoş gəlmisiniz.

"Azərbaycanda oynasam, oranın himnini oxuyaram" - Acun Ilıcalı

2019-09-30 11:10:09

"Azərbaycanda oynasam, oranın himnini oxuyaram" - Acun Ilıcalı

“Fənərbağça”nın almaniyalı futbolçusu Maks Kruzenin Türkiyə Superliqasının 6-cı turunda “Qalatasaray”la səfər matçında Türkiyə himnini oxuması müzakirə mövzusuna çevrilib.

Hurriyyet.org qol.az-a istinadən xəbər verir ki, "Beyaz TV"də yayımlanan "Beyaz Futbol Proqramı" verilişində şərhçi Sinan Engin Kruzeyə istiqlal marşını Acun Ilıcalının öyrətdiyini deyib. Digər şərhçi Ahmet Çakar isə Almaniya millisinin sabiq üzvünün bu hərəkətini hokkabazlıq adlandırıb.

Bundan sonra məşhur aparıcı Acun canlı yayıma qoşularaq etirazını bildirib: "Maks Kruze 30 dəfə Almaniya millisində oynamış futbolçudur, şouya ehtiyacı yoxdur. Almaniyada bizim vətəndaşları sevib, demək ki, biz sevdirmişik. Hər yerdə irqçilik var. Türkiyədə qara dərili oyunçuları çox sevirik. Demək ki, bizim belə bir xüsusiyyətimiz var. Azərbaycanda oynasam, oranın himnini oxuyaram. Ancaq buna görə biri mənə şarlatan desə, bütün həvəsim qırılar, özümü sorğu-sual edərəm. Baxıram ki, hər kəs xoşbəxtdir. Bu adam sabah, o biri gün Almaniyaya gedəcək və Türkiyədən danışacaq. Bir alman getdiyi zaman “məni nə qədər gözəl qucaqladılar” - desə, yaxşı deyilmi?”


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru