"BAKI NƏQLİYYAT AGENTLİYİNİN ADI DƏYİŞDİRİLİB "FUJİFİLM" QOYULMALIDIR"

18 Sentyabr, 2019, 18:33
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakı Nəqliyyat Agentliyinin (BNA) adı dəyişdirilib, "Fujifilm" qoyulmalıdır. Çünki bu qurum bütün fəaliyyət istiqamətlərini unudub, yalnız şəkil çəkməklə məşğuldur!"

Bu fikirləri "Ölkə.Az"-a açıqlamasında hüquqşünas Ruslan Əhmədoğlu səsləndirib. O, bildirib ki, BNA-nın əsas vəzifələri sürücü və piyadaların təhlükəsizliyini təmin etmək və mütamadi maarifləndirmə işləri aparmaqdır:

"Böyük ticarət mərkəzlərinin və iaşə obyektlərinin qarşısında ödənişli və ödənişsiz dayanacaqlar olmalıdır. BNA isə nə ödənişli dayanacaqlar yaradır, əksər hallarda isə durma dayanma qadağandır işarəsini tətbiq etməklə bilərəkdən ki, vətəndaşlar orada məcbur maşın saxlayacaqlar deyə, 24 saat şəkil çəkməklə məşğuldur. Cərimələrin müəyyən faizləri komissiya kimi BNA-ya qayıtdığı üçün qurum şəkil çəkmək məsələsində çox maraqlıdır. Hətta gecə vaxtları nəqliyyatın umumiyyətlə intensiv olmayan vaxtlarında heç bir maneə yaratmayan nəqliyyat vasitələrini də cərimə edir. Bu isə vətəndaşlara kömək yox, onları incitməkdir".

Qeyd edək ki, son bir neçə ay ərzində bir sıra tanınmış sima BNA-nın fəaliyyətindən narazı qalması barədə açıqlama verib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93