Salam, xoş gəlmisiniz.

"Baş nazir deyil, müavinəm" - Səhvini düzəltdi

2019-09-11 12:38:32

"Baş nazir deyil, müavinəm" - Səhvini düzəltdi

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədova müraciəti gülüşə səbəb olub.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, Əli Əhmədov Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin və müstəqil siyasi ekspertlərin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masada Novella Cəfəroğluya söz verib.

Novella Cəfəroğlu çıxış zamanı Əli Əhmədovu Azərbaycanın Baş Naziri kimi təqdim etməsi gülüşə səbəb olub: "Hörmətli, dəyirmi masa iştirakçıları, Baş nazir Əli Əhmədov..."

Bu zaman tədbir iştirakçıları və Əli Əhmədov gülüşlə Novella Cəfəroğlunun səhvini düzəltməyə çalışıb.

Ə.Əhmədov gülüşlə "Novella Cəfəroğluya mən Baş nazir deyil, müavinəm" deyib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru