"Başım toylara qarışdı, oğluma diqqət etmədim" – Səməd Səmədov ölən övladı haqda

18 Aprel, 2019, 15:51
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Xalq artisti Səməd Səmədov illər əvvəl dünyasını dəyişən oğlundan danışıb.

Hurriyyet.org axşam.az-a istinadən bildirir ki, müğənni "Şou ATV" verilişində bildirib ki, vaxtilə başı pul qazanmağa qarışıb, övladına vaxt ayıra bilməyib:

"Bir tərəfdən bəxtəvər insanam ki, sənətkarlarla çiyin-çiyinə çalışmışam. Digər tərəfdən isə cavan oğlumu itirmişəm. Başım toylarla, məclislərlə məşğul idi. Bakı-Moskva arasında idim. 25-27 toy oxuyurdum. Başım ayılmırdı toylardan İmkanım olmadı oğluma dəstək olum. O da dünyasını dəyişdi. Özümü çox pis hiss edirəm.

Uşaq polisdə işləyirdi. İçkili insanlara rast gəlib. Dava zamanı onları ayırmaq istəyirmiş, orada vurulub.

Hər valideynin arzusudur övladı yaxşı yaşasın. Sağ qalsaydı, ola bilərdi mənim yolumla gedərdi. Allah ona rəhmət eləsin".

Qeyd edək ki, S.Səmədovun ilk evliliyindən doğulan oğlu 24 yaşında vəfat edib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93