Salam, xoş gəlmisiniz.

"Bələdiyyədən gəlmiş biri kimi sizi ən yaxşı anlayacaq adam mənəm" - Ərdoğan bələdiyyə sədrlərini topladı

2019-09-11 19:31:52

"Bələdiyyədən gəlmiş biri kimi sizi ən yaxşı anlayacaq adam mənəm" - Ərdoğan bələdiyyə sədrlərini topladı

"Partiya ayrılığı eləmədən bütün şəhər bələdiyyələrimizin işini yaxından izləyirik."

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böükşəhər Bələdiyyə sədrləri ilə keçirdiyi görüşdə deyib. Prezidentlə keçirilən görüşdə CHP İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, CHP Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş da iştirak edib.

"Əvvəlcə 31 Mart seçkilərində göstərmiş olduğunuz uğurlar münasibətilə hər birinizi təbrik edir, işlərinizdə uğurlar arzulayıram. Seçicilərə qarşı sizə səs verib-verməməsindən aslı olmayaraq eyni məsafədə duracağınıza inanıram.

Siyasi olaraq fərqli düşüncələrə sahib ola bilərik. Ancaq millətimizin maraqları söz mövzusu olduğunda birlikdə hərəkət etməliyik. Xüsusilə terrorla arasına məsafə qoymuş bələdiyyələrimizlə bir arada olmaqdan xoşbəxtlik duyuram. Böyük bir məsuliyyətin altına girmisiniz. Bələdiyyə sədrliyindən gəlmiş biri kimi sizləri ən yaxşı anlayacaq adam mənəm. 1994-ci ildə qazandığım İstanbul Böyükşəhər Bələdiyyə sədrliyini ömür boyu unutmayacağam.

Hər biribizə şəhərlərimizin çətinlikləri, həll yolları, xidmətləri məsələsində köməklik edəcəyik. Xidmət söz mövzusu olduğunda heç bir bələdiyyə sədrinin hansı partiyadan olmasına baxmamışam. İzmirdən Vana, Diyarbəkrə kimi bütün bələdiyyələrə yardım etmişik. Siyasi çəkişmələr keçicidir, xidmətlər isə qalıcıdır. Oturduğumuz məqamlar siyasi polemika yeri deyil, xidmət göstərmə məqamıdır" - Ərdoğan belə deyib. \\Avropa.info


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru