"Bu səbəbə görə həyat yoldaşımla ayrıldıq" – Zemfira Meftahəddinova

11 May, 2019, 12:57
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahəddinova şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.

Hurriyyet.org ölkə.az-a istinadən xəbər verir ki, məşhur idmançı yaşadığı ilk sevgi macərasını rəfiqəsinin sevgilisinin dostu ilə yaşadığını etiraf edib:

"Biz dörd rəfiqə idik. Rəfiqələrimdən biri tez-tez oğlanlarla görüşürdü. Həmin görüşlərə mən də rəfiqəmlə gedirdim. Günlərin birində rəfiqəm məni öz sevgilisinin dostu ilə tanış etdi".
Olimpiya çempionu bildirib ki, sonradan sevgilisi ona şərt qoyub:

"Səfərlərimin artmağa başlaması onun xoşuna gəlmirdi. Bir dəfə mənə dedi ki, bundan sonra heç bir səfərə getməyəcəksən. Ona bildirdim ki, sən kiminlə münasibət qurduğunu bilirdin. Beləliklə, başa düşdüm ki, nə mənim, nə də övladımın gələcəyi bu insanla bağlı deyil və biz ayrıldıq".
Meftahəddinova ov etməyi xoşlamadığını da diqqətə çatdırıb:

"Dostlarım deyir ki, sən ova getsən, bütün quşları ovlayarsan. Amma mən sülhsevər insanam".

Qeyd edək ki, Z.Meftahəddinovanın ilk nikahından Regina adlı qızı, ikinci evliliyindən isə Ruslan adlı oğlu var.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93