Salam, xoş gəlmisiniz.

"Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkiləri" tanımırıq" - Ukrayna XİN

2019-09-12 16:36:39

"Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkiləri" tanımırıq" - Ukrayna XİN

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “yerli özünüidarəetmə seçkilərini” tanımır və bunu qanunsuz hesab edir.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən “seçkilər” Azərbaycan Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini pozur və hüquqi cəhətdən etibarsızdır.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın mövqeyi dəyişməz olaraq qalır. Bizim mövqeyimiz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstək olmaqdan ibarətdir”, - məlumatda qeyd olunub.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru