"Evimə heç qohumum olan kişilər də gələ bilməz" – Məleykə Əsədova

14 Sentyabr, 2019, 7:55
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Tək qadınam, hər şey üstümdədir. Çox istəyərdim bağım olsun, amma baxa bilmirəm. Bunun üçün kişi olmalıdır. Təklik məni bezdirmir, qızımla yaşayıram.

Hurriyyet.org axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Bağ mövsümü" verilişində deyib. Aktrisa ikinci dəfə ailə qurub-qurmayacağı ilə bağlı sualları cavablandırıb. Əsədova bildirib ki, qızı Gülərə görə heç vaxt bunu etməyəcək:

"Hərdən deyirsən "kişi kimi qadın". Qadınam, amma kişi qüdrətli qadınam. Kişilərin xətrinə dəyməsin, qadınlarımız daha qeyrətlidir. Əvvəlki zamanla müqayisədə, əsl kişilərin sayı indi azalıb.

Bütün həyatımı övladıma həsr etmişəm. Şükür buna, qızım xoşbəxt olsun, bəsimdir. Heç düşünmürəm ki, ikinci dəfə ailə qurum. Evimdə qız böyüdürəm. Evimə heç qohum olan kişi də gələ bilməz. Gələndə, gərək mən evdə olum".


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93