Salam, xoş gəlmisiniz.

"Fənərbağça" sabiq "Qalatasaray"lını transfer etdi

2019-07-13 11:57:20

"Fənərbağça" sabiq "Qalatasaray"lını transfer etdi

Türkiyənin "Fənərbağça" klubu növbəti transferini açıqlayıb.

Hurriyyet.org milli.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan Qarri Rodriqesi icarəyə götürüb. Kabo-verdeli futbolçu iki il "sarı-lacıvərdlilər"də çıxış edəcək. Müqavilədə satın alma şərti də yer alıb.

Rodriqes 2017-2019-cu illərdə "Qalatasaray"da çıxış edib. 27 yaşlı vinger ilin əvvəlində 9 milyon avro qarşılığında "Əl-İttihad"a transfer olmuşdu.

"Fənərbağça" daha öncə Maks Kruze, Allahyar Sayyadmaneş, Əmrə Belözoğlu, Murat Sağlam, Vedat Muriki, Altay Bayındır və Yasir Subaşı transfer edib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru