Salam, xoş gəlmisiniz.

"Hacı mənə evlənmə təklifi edib" - Röya

2019-08-26 13:59:49

"Hacı mənə evlənmə təklifi edib" - Röya

"Duetlərin anasıyam. Bilirəm kiminlə, harada oxumaq lazımdır. Əkbərlə (müğənni Əkbər Əliyev - red.) dostuq, amma hələ duet oxumuram. Məqamını və mahnını gözləyirəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Röya Ayxan "Hər şey daxil" verilişində qonaq olarkən deyib. Duet oxumağı sevdiyini söyləyən sənətçi, ifalarının uğurlu alındığını bildirib.

Röya bir vaxtlar səsləndirdiyi və məşhur olan "Qadın" mahnısından söz açıb. O bildirib ki, sözügedən bəstəni həyatının ən ağır dönəmində səsləndirib: "Qadın" əsərdir, mənalı və ağırdır. Vaqif Gərayzadənin mahnıları əsərdir. 2008-ci ildən məndə idi. Dərk edəndən sonra oxudum. Həyatımda ailə, ayrılıq oldu. Dərk etmədən əvvəl onu oxumağım mümkün deyildi".

Röya dostu, aparıcı Hacı Nuran Hüseynovla bağlı maraqlı etiraf da edib: "Hacı mənə evlənmək təklif edib. Deyir, gəl evlənək. Amma ona ərə getmərəm. Çünki gecələr evə gəlmir".

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru