BƏRDƏDƏ POLİS JURNALİSTLƏRİ SAXLADI – Hurriyyet.tv-nin və “Kanal 13”-ün əməkdaşının çəkiliş aparmasına mane olunub… – YENİLƏNİB

7 Oktyabr, 2019, 11:35
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Tərtərdə hərbçilərə qarşı işgəncə faktı ilə bağlı bu gün Bərdə rayonunda aksiya keçirilib.

Hurriyyet.org xəbər verir ki, Hurriyyet.tv-nin əməkdaşı Vüsalə Nəciyeva və "Kanal 13" internet televiziyasının əməkdaşı Fərid İmran aksiyanı işıqlandıran zaman polis tərəfindən saxlanılıb.

Əməkdaşımızın Hurriyyet.org-a verdiyi məlumata görə, jurnalistlər peşə fəaliyyətini yerinə yetirərkən, yəni sakinlərin aksiyasını çəkən zaman saxlanılıb.

Onlar post-patrul xidmətinin maşınında Bərdə rayon ərazisindən çıxarılaraq, Yevlax ərazisində sərbəst buraxılıblar.

Hurriyyet.org

P.S. Əlavə xəbər verəcəyik.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93