"Keşikçi dağı bizdən alacaqlarsa…" – Qüdrət Həsənquliyevdən SƏRT AÇIQLAMA

16 May, 2019, 9:09
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Keşikçi dağı bizdən alacaqlarsa deməli, həm də bir millət olaraq hər cür alçaldılmağa da layiqik”

Hurriyyet.org AzPolitika.info-ya istinadən xəbər verir ki, bunu BAXCP sədri Qüdrət Həsənquliyev İsa Qəmbərin “Keşikçi ” monastır kompleksini kimə məxsus olmasını alimlər müəyyən etməlidir” və İlham İsmayılın “biz Gürcüstanla ərazi mübadiləsi çərçivəsində monastırı Gürcüstana verə bilərik” kimi fikirlərinə münasibət bildirərkən deyib.

BAXCP sədri bildirib ki, hər iki fikir çox zərərli və təslimçilik ruhunda verilən açıqlamalardır: “XXI əsrdə sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Eyni əhəmiyyətli torpaqların dəyişdirilməsindən söhbət gedə bilər. Keşikçidağ kompleksi tarixi abidədir. Azərbaycan həmin ərazidə hotellər tikib, turizmi inkişaf etdirib gəlir əldə etməlidir. Əgər tarixdə hansı torpaq hansı xalqa məxsus olub düşüncəsi ilə məsələyə yanaşsaq, bütün Avropada, dünyada dövlətlərin sərhədləri dəyişməli, yeni ərazilər uğrunda qanlı müharibələr başlamalıdır.

Bundan başqa həmin kompleks alban abidəsidir. Hətta gürcü abidəsi olsa belə bu heç nəyi dəyişmir. Bu məntiqlə Azərbaycan da gərək 1736- cı ildə Nadir şah tərəfindən Gəncə xanlığından alınıb gürcü xanlığı Kaxetiyaya verilmiş Borçalını tələb etsin. Gürcüstanla bizim aramızda viza rejimi yoxdur. Nə vaxt istəyirlər pulsuz ziyarət etsinlər oranı. Sərhəd rejimini də tam sadələşdirə, yaxud aradan qaldıra bilərik. Halbuki İtalyanlar Milandakı məhşur “Duomo” kilsəsini muzeyə çevirib böyük məbləğdə pul yığmağa başlayıblar. Keşikçidağı bizdən alacaqlarsa xalq olaraq heç vaxt Qarabağı azad edə bilmərik. Deməli, həm də bir millət olaraq hər cür alçaldılmağa da layiqik”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93