Salam, xoş gəlmisiniz.

"Körpünü vursa, Ukraynanı məhv edəcəyik" – Jirinovski HƏDƏLƏDİ

2019-07-17 11:05:29

"Körpünü vursa, Ukraynanı məhv edəcəyik" – Jirinovski HƏDƏLƏDİ

Əgər Ukrayna Krım körpüsünü vursa, Ukraynanı məhv edəcəyik.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski paylaşıb.

“Turçinov Krım körpüsünün partladılmalı olduğunu bəyan edib. Yəqin ki, bunu etməyə cəhd edən dəlilər tapılacaq. Belə olan halda Ukrayna özünü dövlət kimi mövcudluğunu dayandıracaq”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş rəhbəri Aleksandr Turçinov Ukraynanın “Neptun” raketlərinin bir neçə dəqiqəyə Krım körpüsünü məhv etmək gücündə olduğunu bildirmişdi.

Krım körpüsü Kerç boğazı üzərində yerləşir və Krasnodarla Krım yarımadasını birləşdirir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru