Salam, xoş gəlmisiniz.

"Meşə qardaşları" qruplaşmasının üzvü ilə bağlı YENİ QƏRAR

2019-09-10 11:01:46

"Meşə qardaşları" qruplaşmasının üzvü ilə bağlı YENİ QƏRAR

Sumqayıt Apelyasiya Məhkəməsində "Meşə qardaşaları" adlı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə onun 7 il azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib.

Qeyd edək ki, Ə.Məhərrəmov Azərbaycanda fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmə olan "Meşə Qardaşları"nın üzvü olub. O, istintaqdan uzun müddət gizlənib və barəsində axtarış elan edilib. Ə.Məhərrəmov bu il saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Məhərrəmov 7 il azadlıqdan məhrum edilib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru