"Neftçi"dən maraqlı qərar – "Qarabağ"la oyunun biletləri 50 manata

11 May, 2019, 10:10
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Topaz Premyer Liqasının sonuncu – 28-ci turu çərçivəsində "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Huriyyet.org xəbər verir ki, mayın 11-i, saat 18:00-da "Bakcell Arena"da keçiriləcək oyunun biletləri satışa çıxarılıb. Qiymət bütün sektorlara 50 AZN təşkil edir.

Qeyd edək ki, 27 turdan sonra 63 xalı olan "Qarabağ" çempionluğu rəsmiləşdirib. 58 xal toplayan "Neftçi" gümüş, 41 xallı "Səbail" isə bürünc medalları təmin edib. Çempionatın mükafatlandırma mərasimi "Neftçi" – "Qarabağ" matçı bitdikdən sonra "Bakcell Arena"da baş tutacaq.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93