"Ombudsmana əlavə səlahiyyətlər verilməlidir" – DEPUTAT

13 İyun, 2019, 11:04
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“2004-cü ildən indiyədək Azərbaycan İnsan Hüquqları Müvəkkili Milli Məclisə 25 təklif verib. Bu, qanunlara əlavələr, dəyişikliklərdir”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli qeyd edib ki, bu dəyişiklik təklifləri qəbul olunub.

Deputat Tahir Kərimli isə Ombudsmana əlavə səlahiyyətlərin verilməsini təklif edib: “Qanunvericiliyə hansısa formada dəyişiklik edilməlidir ki, Ombudsmanın təkliflərinə məcburi şəkildə baxılsın. Müvəkkilə belə bir hüquq verilməlidir. Qanunvericilik təşəbbüsü olan orqan Ombudsmanın təkliflərini məcburi şəkildə müzakirəyə təqdim edilməlidir, bilinsin ki, rədd olunmayacaq”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93