"Paşinyanın komandası ondan üz döndərir" – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

19 Sentyabr, 2019, 9:20
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

"Azərbaycan cəbhədə ciddi təzyiqləri davam etdirməli və Moskva ilə danışıqlar aparmalıdır"

"Azərbaycan ordusunun geniş miqyaslı təlimləri danışıqlar prosesindən yayınan Paşinyan üçün mesajdır". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Onun sözlərinə görə, artıq Paşinyan daxili problemlərin girdabına doğru gedir: "Paşinyanın komandası ondan üz döndərir. Bu Paşinyanın siyasi dayaqlarının zəifləməsinə və Qarabağla bağlı ritorikasının dəyişməsinə gətirəcək. Qeyd edim ki, Ermənistanda inqilab hökuməti demək olar ki, ölkənin inkişafına heç bir müsbət islahatlar gətimədi. Ölkədə düşmənçiliyə və qütbləşməyə səbəb oldu".

Kremlin ciddi şəkildə Paşinyan hakimiyyətinin laxlanmasına çalışdığını vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Rusiya onun komandasının dağılması istiqamətində ciddi iş aparır: "Məhz onun hökumətinin üzvlərinin istefaya getməsində Kremlin izini istisna etmirəm.
Ermənistana iqtisadi, hərbi və kəşfiyyat baxımından nəzarət edən Rusiyanın Paşinyanın komandasını dağıtması elə də çətin bir məsələ deyil. Paşinyanın silahdaşlarının ondan üz döndərməsi və ağırlaşan iqtisadi durum xalqın narazılığına səbəb olacaq. Moskva prosesləri bu istiqamətdə planlayır. Nəticədə, zəifləmiş Paşinyan güclənən "Qarabağ" klanı ilə danışıqlara gedə bilər. Bu da Paşinyanın siyasi sonu demək olacaq. Əgər Paşinyan Qərblə normal əməkdaşlığa gedib, ABŞ-ın siyasətinə uyğun davanarsa hakimiyyətdə qalmaq şansı var. Amma Paşinyan iki stolda oturmağa can atdığı üçün hər iki tərəf onu stoldan aşırmağa başlayır. Odur ki, Azərbaycan yalnız cəbhədə ciddi təzyiqləri davam etdirməli və Moskva ilə danışıqlar aparmalıdır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93