Salam, xoş gəlmisiniz.

"Qar yağmaqda davam edir, iz tapmaq çətindir" - POLKOVNİK

2017-12-28 12:41:18

"Qar yağmaqda davam edir, iz tapmaq çətindir" - POLKOVNİK

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, itən alpinistlərlə bağlı yaradılmış qərargahın rəhbəri polkovnik Şahin Mirzəyev axtarış tədbirlərindən danışıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə qafqazinfo-ya açıqlama verən Ş. Mirzəyev qeyd edib ki, hazırda axtarış tədbirləri davam etdirilir: "Mən indi elə yerdəyəm ki, çox danışa bilmirəm. Dağın üstündəyəm. Helikopterlər axtarışlara cəlb olunub. Burada yarım metrə yaxın qar var. İz tapmaq çətindir. Hər gün də qar yağmaqda davam edir. Zirvələrə çoxdan baxılıb. FHN-nin əməkdaşlarından əlavə olaraq axtarış tədbirlərinə alpinistlər də cəlb olunub".

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93