Salam, xoş gəlmisiniz.

"Qarabağ" "Real"ın hansı futbolçusuna təklif göndərdi?

2019-09-04 13:00:09

"Qarabağ" "Real"ın hansı futbolçusuna təklif göndərdi?

«Qarabağ»ın danışıqlar apardığı daha bir futbolçunun kimliyi məlum olub.

Hurriyyet.org sportinfoz.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun alınmasını istədiyi yarımmüdafiəçi Lukas Silva Borjesdir.

26 yaşlı braziliyalı yerli «Kruzeyro»nun yetirməsidir. O, adıçəkilən klubun əsas heyətində 3 mövsüm (2012-2015) keçirib, 58 oyuna 3 qol vurub, iki dəfə Braziliya çempionu titulunu qazanıb.

Növbəti il «Real»a transfer olunan «sambaçı» Madrid komandasında 8 matça çıxıb. İspaniya nəhənginin düşərgəsində 6 ay qalan Lukas daha sonra Fransaya yollanıb.

22 dəfə «Olimpik»in (Marsel) formasını geyinən cənubi amerikalı 2017-ci ildə təkrar «Kruzeyro»ya dönüb. Lukas ölkəsinin U-20 və U-23 yığmalarının şərəfini qoruyub.

«Qarabağ» sözügedən yarımmüdafiəçini Avropa Liqası üçün sifariş etmək istəsə də, sənədlərdə yaranan problem üzündən bu, hələlik baş tutmayıb.

Qurbanov uzun müddətə sıradan çıxan Filip Ozobiçin yoxluğunu məhz onunla doldurmaq istədiyindən, adının Premyer Liqanın iştirak ərizəsinə salınması üçün danışıqlar davam etdirilir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru