"Siz məni işdən çıxarmaq istəyirsiniz?" – Misir Mərdanov

11 İyun, 2019, 14:33
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Əlbəttə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna yenidən direktor seçilmək üçün namizədliyimi verəcəyəm”.

Hurriyyet.org xəbər verir ki, bunu “Report”a açıqlamasında institutun səlahiyyət müddəti başa çatmış direktoru, sabiq Təhsil naziri Misir Mərdanov deyib.

O, direktor vəzifələrinin tutulması üçün seçkilərin keçirilməsi haqqında verilən elandan xəbərsiz olsa da, öz namizədliyini irəli sürəcəyini qeyd edib.

“Sizin direktor kimi səlahiyyət müddətiniz başa çatıb, hazırda iş başındasınızmı?” sualına cavabında M.Mərdanov “Başa düşmürəm, siz məni işdən çıxarmaq istəyirsiniz? Başqa harada olmalıyam?” deyib.

O, səhhətinin normal olduğunu da əlavə edib.

Qeyd edək ki, bu il M.Mərdanovun 73 yaşı tamam olacaq.

Xatırladaq ki, namizədlərin irəli sürülməsinə dair müvafiq sənədlər (2 nüsxədə) iyulun 11-dək AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93