Salam, xoş gəlmisiniz.

"Əsrin müharibəsi" planı baş tutmadı, növbəti həmlə gəlir - İrandan ŞOK İDDİA

2019-07-22 10:21:43

"Əsrin müharibəsi" planı baş tutmadı, növbəti həmlə gəlir - İrandan ŞOK İDDİA

ABŞ prezidenti Donald Trampı “Əsrin müharibəsi” üçün razı sala bilməyən prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bunun intiqamını ingilisləri bataqlığa çəkərək almaq istəyir.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Yanlış etməyin. Donald Trampı “Əsrin müharibə”nin başlanması üçün razı salmayan və “B komandası”nın çökməsindən narahat olan Con Bolton ingilisləri bataqlığa çəkmə ümidi ilə kinini o istiqamətdə koordinasiya edir. Belə bir addımın qarşısı yalnız ehtiyatlılıq və sağlam düşüncə ilə alına bilər”, - Zərif tvitter səhifəsində yazıb.

Qeyd edək ki, İranın xarici siyasət idarəsinin başçısı 4 nəfəri - Con Bolton, İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zeydi "B komandası” adlandırır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru