Salam, xoş gəlmisiniz.

"Təəssüfdoğurucu insidentdir" - Gürcü Baş nazir

2019-07-16 23:42:31

"Təəssüfdoğurucu insidentdir" - Gürcü Baş nazir

Gürcüstanın Baş Naziri Mamuka Baxtadze Keşikçidağda baş verən insidentə münasibət bildirib.

Dövlət rəsmisi Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcəyini bildirib.

Ölkə vətəndaşlarını komissiyanın və aidiyyəti qurumların sakit şəraitdə işləməsinə imkan verməyə dəvət edən Baş Nazir deyib: "Müvafiq qurumlar gündəlik olaraq Azərbaycan rəsmiləri ilə əlaqə saxlayırlar. İki gün bundan öncə təəssüfdoğurucu insident baş verib. Bu, hər birimiz üçün çox həssas məsələdir və mən hamıdan komissiyanın və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə imkan verməyi xahiş edirəm”. \\Qafqazinfo

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru