"Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq" – MİKAYIL CABBAROV

13 İyun, 2019, 10:38
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Hesab edirəm ki, Azərbaycanda aparılan bir sıra islahatların nəticələri müsbətdir. Bu xüsusən də vergi yoxlamalarının və vergi yükünün azaldılmasında özünü göstərir”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) – Azərbaycan biznes-forumunda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir əlavə edib ki, bütün bunlara baxmayaraq vergi daxilolmaları artıb: “Biz bu tendensiyanı 5 ayda qoruyub-saxlamışıq. Bunlar daha çox yoxlamalar və sanksiyalar hesabına deyil, könüllü əməletmə hesabına olub. Vergi daxilolmaların artımı 92% könüllü əməletmə hesabına baş verib”.

M.Cabbarov deyib ki, 2020-ci ildə bir sıra dəyişikliklər olacaq: “Bu dəyişikliklər ötən illər müzakirə apardığımız və növbəti ilə nəzərdə tutduğumuz dəyişikliklərdir. Bunlar əsasən texniki dəyişikliklərdir”.

Nazir həmçinin qeyri-şəffaf rəqabətin mövcudluğunun vergi daxilolmalarına mənfi təsir etdiyini qeyd edib: “Xatırlayırsınızsa 2018-ci ili keçid ili elan etmişdik. 2019-cu ilin isə I yarısı sona çatır. Onu demək istəyirəm ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq. Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub. Bu artımın əksəriyyəti, 66 mini qeyri-dövlət sektorunun payına düşüb”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93