"WhatsApp" istifadəçiləri təhlükədə – Hətta getdiyiniz yeri belə görə bilirlər

17 May, 2019, 8:21
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp" hak olunub.

Hurriyyet.org milli.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "The Financial Times" nəşri yayıb. Məlumata görə, hakerlər ələ keçirdiyi "WhatsApp" vasitəsi ilə istifadəçilərə aid bütün məlumatları əldə ediblər.

1.5 milyondan çox istifadəçisi olan "WhatsApp"a edilən kiberhücum sayəsində minlərlə insana aid özəl məlumatlar oğurlanıb.

Bu hadisə may ayının əvvəlində baş verib. Hətta istifadəçilərin GPS məlumatları və şəxsi mesajları da ələ keçirilib.

İstifadəçilər naməlum nömrədən gələn "WhatsApp" zənginə cavab verməklə özləri də bilmədən bu "virus"u telefonlarına qəbul ediblər.

İddialara görə casus funksiyalı tətbiqetmə İsrailli xakerlər tərəfindən təkmilləşdirilib. Lakin İsrailin "NSO Group" adlı təhlükəsizlik şirkəti deyilənləri təkzib edib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93