Salam, xoş gəlmisiniz.

“Quska”dan sonra Orduxan axtarışda, söyüş makinası təşvişdə - Özəl

2018-12-11 21:13:58

“Quska”dan sonra Orduxan axtarışda, söyüş makinası təşvişdə - Özəl

Hollandiyada yaşayan Orduxan Teymurxan oğlu Bəbirov barədə həbsli axtarış qərarı çıxarılıb

Onu Bakıya ekstradisiya edə bilərlər.

Keçmiş deputat Hüseyn Abdullayevin ardınca Orduxanın həbsi gözlənilir. Eyni zamanda Tural Sadıqlı, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli təhvil verilə bilər.

“Quska”nın söyüş makinasına sponsorluq etməsi, bu qüvvələrin kimliyi, anti-iqtidar şəbəkəsini kimlərin maliyyələşdirməsi barədə istintaqa ifadələr verdiyi deyilir.

Hakimiyyət bu qruplara əvvəlcə loyal münasibət göstərirdi. Lakin onlar ağ eləməyə başladılar və hələ də sosial şəbəkələrdə kampaniya aparırlar, dövlət əleyhinə çağırışlar edirlər. Odur ki, iqtidar “it hürər, karvan keçər” misalı ilə hərəkət eləmir.

Artıq bu şəxslər barəsində hüquqi çərçivədə ölçü götürülməsi zamanı gəlib və düymə basılıb. Orduxanın həblsi axtarışa verilməsi də “Quska”nın həbsindən sonra ikinci dalğadır. İddialara görə, xaricdəki həmin şəbəkə artıq təşviş içindədir.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində mühacirətdə olan bir sıra şəxslər, o cümlədən sosial şəbəkələrdə “Orduxan Teymurxan” adıyla tanınan O.Bəbirov haqqında da cinayət işi başlanıb.

Onun haqqında həbsli axtarış qərarının çıxarılması üçün prokurorluq Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Noyabrın 29-da Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova bu işə baxıb və qərar çıxarıb.

O.Teymurxan təqsirləndirilən şəxs qismində tanınıb və ona qarşı CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 220.2 (kütləvi iğtişaşlara, hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamağa çağırışlar etmə), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar – təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Orduxan Bəbirov, Vidadi İsgəndərli, Qurban Məmmədov, Məhəmməd Mirzəli, Tural Sadıqlı və daha bir neçə nəfər Avropadan ölkəmizə, onun rəhbərinə qarşı hədyan və təhqir dolu çıxışları ilə gündəmdə qalmağa çalışırlar.

İnsanları küçələrə çıxıb iğtişaşlar törətməyə səsləyirlər. Bütün bunlar isə dövlət çevrilişinə çağırış kimi ağır cinayət məsuliyyəti yaradan əməllərdir.

Bir məsələni də vurğulamaq lazımdır ki, orduxanların, vidadilərin, qurbanların və digərlərinin bu tip antimilli çıxışlarını özlərini müxalifətin öndə gedənləri adlandıranlar belə pisləmirlər.

Ona görə ki, orduxanlar antimilli fəaliyyətlə məşğuldursa demək onlar üçün “milli qəhrəman”dır. Biz dağıdıcı müxalifətdə belə halları ilk dəfə deyil ki, müşahidə edirik.

Düzdür, onlar Avropa ölklərində yaşadıqlarından hələlik onların Azərbaycanda məhkəmə qarşısında dayanmasını təmin etmək çətindir.
Lakin mümkünsüz də deyil. Belə ki, onrın cəzalandırılması üçün mühacirlərin sığındığı ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı razılıq əldə olunmalıdır.

Azərbaycan dövlətinə qarşı təhqiredici fikirlər səsləndirən mühacirələrin Azərbaycana gətirilməsini həmin şəxslərin olduğu ölkələrin hüquq- mühafizə orqanları ilə müzakirə etmək olar.

Həmin dövlətlərlə qarşılıqlı razılaşma varsa, Azərbaycanda cinayət işi qaldırılıb, həmin ölkələrə göndərilə bilər. Bunun üçün həmin ölkələrin hüquq-mühafizə orqanlarına konkret əsaslandırılmış təhqir motivli çıxışlar göndərilməlidir.

Sonra Azərbaycan tərəfi təhqirə yol verən şəxslərin ölkəyə gətirilməsini və istintaqa ifadə verməsini tələb edə bilər.

Amma sosial şəbəkələrdə bu insanlara qarşı hər hansı tədbirlərin görülməsi üçün hüquqi mexanizm yoxdur.

Xaricdəki antimilli qüvvələrlə əməkdaşlıq edən və Azərbaycan maraqlarını açıq hərraca çıxaran bir qrup radikal ünsürün son zamanlardakı fəallıqları onların dırnaqarası siyasi fəaliyyətlərini araşdırmaq zərurətini yaradır.

Belə ki, indiyə qədər öz fəaliyyətləri ilə cəmiyyətdə ümumiyyətlə tanınmayan bu şəxslərin gündəmə gəlməsi əslində onların başqa qüvvələrin əlində alət olduğunu göstərir.

İndi isə həmin şəxslərin erməni lobbisi və bəzi imkanlı azərbaycanlılar tərəfindən maliyyələşdirilməsinin məlum olması bu qüvvələrin əsl marionet olmasına şübhə yeri qoymur.

Antimilli qüvvələrin siyasi spekulyasiyalarının stimullaşdırılmasında Hüseyn Abdullayev, Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev, keçmiş hərbçi İsa Sadıqov və böyük sərvət toplamış keçmiş səfir Arif Məmmədov yer alıblar.

Azərbaycan prezidenti, dövlətimiz və xalqımız əleyhinə qarayaxma kampaniyası üçün böyük maliyyə vəsaiti ayıran bu siyasi dələduzlar faktiki olaraq antiazərbaycançı şəbəkənin ruporu olduqlarını göstərirlər. \\Cahan.info


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru