Ər doqquz aylıq hamilə arvadını bıçaqladı, uşaq öldü – Abşeronda DƏHŞƏT – VİDEO

17 May, 2019, 9:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Abşeronda əri tərəfindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilən hamilə qadının vəziyyəti ağırdır.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzə aparılan qadın əməliyyat olunub:

“Həkimlər təcili olaraq qadını cərrahi əməliyyata alıb. O, 9 aylıq hamilə olub. Bətnindəki uşaq bıçaq xəsarətlərindən ölüb. Qadının vəziyyəti ağırdır. Reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır”.

***

Abşeron rayonunda ər hamilə həyat yoldaşını bıçaqlayıb.

Hadisə Abşeron rayonunun Fatmayi qəsəbəsində baş verib.

19 yaşlı Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Qadın dərhal cərrahi əməliyyat edilib. Bıçaq zərbələri qadının qarın nahiyəsinə dəydiyindən ananın bətnindəki uşaq tələf olub.

İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.

Hadisənin təfərrüatı aparılan araşdırmalardan sonra məlum olacaq./oxu.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93