Ramazan bayramında rayonlara gediş-gəliş açılacaq? – RƏSMİ CAVAB

20 May, 2020, 13:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Ramazan bayramı ilə əlaqədar rayonlara gediş-gəlişin bərpasına hələ ki icazə yoxdur. Amma yaxın günlərdə yeni bir vəziyyət yarana bilər, yeni qərar verilə bilər”.

Hurriyyet.org xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adı çəkilən rayon və şəhərlərə gediş-gəlişlə bağlı qadağa qüvvədədir:

“Amma növbəti günlərdə necə olacağını gözləmək lazımdır. Bu halda biz qərarı elan edəcəyik. Digər rayonlar arasında isə bilirsiniz ki, əhalinin gediş-gəlişi mümkündür”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93