Salam, xoş gəlmisiniz.

Ramil Quliyev “Əsgər salamı” haqqında danışdı: “15 yaşlı qardaşımızın şəhid olduğunu öyrəndim...“

2017-08-23 18:05:03

Ramil Quliyev “Əsgər salamı” haqqında danışdı: “15 yaşlı qardaşımızın şəhid olduğunu öyrəndim...“

Böyük Britaniyanın paytaxtı Londondakı dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanan Türkiyə yığmasının əslən azərbaycanlı sprinteri Ramil Quliyev mükafatlandırma mərasimi zamanı “Əsgər salamı” verməsinin səbəbini açıqlayıb.
Hurriyyet.org xəbər verir ki, 27 yaşlı idmançı “Anadolu“ Agentliyinə müsahibəsində bunu avqustun 11-də Trabzonda PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş atışmada şəhid olan 15 yaşlı Eren Bülbülün xatirəsini anmaq üçün etdiyini söyləyib.
“Mükafatlandırma mərasimindən öncə Trabzonda 15 yaşlı qardaşımızın şəhid olduğunu öyrəndim. Nə edə biləcəyimi düşündüm və bütün dünyanın diqqətini çəkmək üçün əsgər salamı verdim. Çox üzücü xəbər idi. Qazandığım medalı ona həsr etmək istədim“ deyə R.Quliyev bildirib.
Təcrübəli sprinter Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin qələbə münasibəti ilə onu təbrik etmələrinə çox sevindiyini vurğulayıb: “İnanıram ki, daha böyük uğurlar qazanıb, davamlı təbriklər alacağam. Bunu Türkiyədə bacardım. Çox adam mənə minnətdarlıq etdi. Həqiqətən hər iki ölkəni orada təmsil edə bildim. Bu, hər iki dövlət üçün böyük uğurdur. Zatən, Azərbaycan və Türkiyə tək millətdir”.
Qeyd edək ki, Ramil Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, Londonda dünya çempionu tituluna sahib çıxana qədər 200 metr məsafəyə qaçış üzrə 2009-cu il Universiadasının və “Brilliant Liqa“nın 2017-ci il Paris mərhələsinin qalibi, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc mükafatçısı olub. Quliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib, 100 metr məsafəyə qaçışda 9,97 saniyə, 200 metr məsafəyə qaçışda isə 19,88 saniyə nəticələrlə şəxsi rekordlara imza atıb./report/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93