“Ramil Səfərovun hərbi rütbəsinin artırılması çox lazımlı, düzgün addımdır” – İLQAR ALTAY

2 İyun, 2020, 12:37
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Biz niyə milli heysiyyatımızı, dövlət bayrağımızı təhqir edən erməni hərbçisini ruhu, namusu və qeyrətinə sığışdırmayıb affektlə öldürən hərbçi zabitimizi türmədə çürütməliyik?”

“Ramil Səfərovun hərbi rütbəsi artırıldı. Çox lazımlı, düzgün addımdır. Ramil Səfərovun Azərbaycana gətiriləndən bəri bir rütbədə qalıb irəli çəkilməməsi, erməni düşmənlər və onların dəstəkçilərinin süni yaratdığı “beynəlxalq irada” tuş gəlməmə təvəzökarlığı siyasətinə, bir dəyər verilmədi. Qarşı tərəf bunu qorxaqlıq, çəkingən günah halı kimi düşünüb getdikcə həyasızlaşdı. Getdikcə də dövlətin, xalqmızın üstünə gəldilər”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altaya məxsusdur.

Onun sözlərinə görə, həyasızlığın qarşısını almağınsa yalnız bir yolu var ki, o da heç nəyə baxmadan, öz mənafeyinə uyğun qəti və sərt addım atıb, öz bildiyin haqqı etmək: “Özü də bir halda ki, Avropa Məhkəməsi Ramilin işinə baxaraq, erməni şikayətçilərin çoxlu, əsas iddilarını rədd edib də, qətli təhqirə cavab sayıb. Mən bu hadisənin ilkindən, əsaslandırıb Ramil Səfərovu dəstəklədim. Və düşündüm ki, bu cür dəstək məsələsində, erməni işğalı haqsızlığına müvafiq, Azərbaycan cəmiyyəti milli mənafedə və Ramili müdafiədə öndə olsun, rəsmi dövlətə uyğun isə dövlətimiz bir qədər, ehtiyatlı mövqe tutar. Dünyada belədir, cəmiyyət dövlətdən irəli çıxır, milli-vətənpərvər mənafeyi məsələlərində. Ancaq bizdə o vaxt dövlət gözlənilməz qədər qəti addım atıb bu məsələdə önə çıxdı. Ramilin qarşılanmasını, onu rütbə və hərbidə xidmət ilə təmin etdi, onun təhlükəsizliyinin qayğısında qaldı”. Bəzi siyasilərin bunu imicimizə zərbə kimi qınadığını deyən İlqar Altayın fikrincə, zaman göstərdi ki, dövlət başçısı İlham Əliyev bu məsələdə doğru, adekvat və vətənpərvər bir addım atıb: “Bu gün Ramil Səfərovun rütbəsinin artırılıb, qarşıda irəliyə çəkilməsi müsbət haldır. Ermənilər beynəlxalq imici, qınağı vecinə almır, Azərbaycana işğalı davam etdirir, əsirlərimizi də qaytarmırlar. Xocalıda gecə yatan yerdə əhaliyə hücum edib, divan tutublar, rahatsız da deyillər, qırğının təşkilatçısı Sarkisyanı prezident etdilər. Zoriy Balayan 5 yaşlı qızımızın dərisini soyaraq, bunu fəxrlə yazır, onu qəhrəman ediblər. Faşist, Hitlerə qulluq edib minlərlə insanı qətlə yetirən Njdeyə İrəvanda heykəl ucaldıblar. Türkiyə səfir diplomatlarını qətlə yetirən, beynəlxalq terrorçu və həbsdə olan bir ermənini ekstradisiyaya alıb dərhal azad edib qəhrəmanlaşdırıblar. Daha nə? Biz niyə milli heysiyyatımızı, dövlət bayrağımızı təhqir edən erməni hərbçisini ruhu, namusu və qeyrətinə sığışdırmayıb affektlə öldürən hərbçi zabitimizi türmədə çürütməliyik? Bu, necə olur? Biz kimdən, hansı erməni mərifəti, qanacağı və onların yuxarıda yazılan bu biabırçılıqlarına göz yuman “beynəlxalq imic təsisatından” çəkinək?!”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93