Ramzan Kadırovun vəziyyəti ağırdır (İDDİA)

22 May, 2020, 23:20
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun vəziyyəti ağırdır.
Bu barədə “Baza” nəşri məlumat yayıb.
Qeyd edək ki, Kadırovun koronavirusa yoluxduğu və müalicə üçün Moskvaya aparıldığına dair məlumat dünən yayılıb. “Baza”ya məlumat verən mənbə bildirib ki, Çeçenistan başçısının ağciyərləri ciddi zədələndiyinə görə vəziyyəti ağırlaşıb.
Bildirilir ki, Kadırov virusa 2-3 həftə əvvəl yoluxub. Bir həftə sonra özünü yaxşı hiss etməsə də, bunun adi qrip olduğunu zənn edərək həkimə müraciət etməyib.
Yalnız virus ağciyərlərini zədələdikdən və halı pisləşdikdən sonra həkimə müraciət olunub və dərhal da Moskvaya gətirilib.
Çeçenistan rəhbərinin mətbuat xidməti hələ ki R.Kadırovun səhhəti ilə bağlı hər hansı açıqlama verməyib. \\Musavat.com

Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93