Salam, xoş gəlmisiniz.

Ramzan Kadırova keşiş paltarı "geyindirdilər" - 25 nəfər Çeçenistan vətəndaşı həbs olundu

2020-01-28 17:57:00

Ramzan Kadırova keşiş paltarı

Çeçenistan lideri Ramazan Kadirovun keşiş paltarında montaj olunmuş şəkli yayılıb. 

Hurriyyet.org avropa.info-ya istinadən xəbər verir ki, bəzi Çeçenistan vətəndaşları sosial şəbəkələrdə Rusiya prezidenti Vladimir Putinə sadiqliyini hər an dilə gətirən Ramzan Kadırovun montaj olunmuş şəkilini yayıblar. 

Montaj olunmuş şəkillərdə Kadırova keşiş paltarı geyindirilib. Şəkillərin sosial mediada yayılmasından sonra, Çeçenistan prokurorluğu və polisi hərəkətə keçərək 25 nəfəri həbs edib.
Rusiya mətbuatı tutulanların arasında tələbələr və 62 yaşlı bir taksi sürücüsünün olduğu yazıb. 

Qed edək ki, Ramzan Kadırov iki həftə öncə, sağlıq problemləri ilə əlaqədar Çeçenistanın prezidenti vəzifəsindən müvəqqəti olaraq getdiyini açıqlayıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93