Rasim Balayev DTX-nın son əməliyyatından danışdı: “Bunlar canavardır, nədir?..”

12 May, 2020, 19:49
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Mədəniyyət Nazirliyində baş verənlərə cavabdeh Əbülfəs Qarayevdir”. 

Hurriyyet.org xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rasim Balayev DTX-ın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat videosundan danışarkən deyib.

Onun sözlərinə görə, Əbülfəs Qarayevin bu vəzifədə qalıb-qalmamasına özü və bir də dövlət qərar verməlidir:

“Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirlikdə baş verənlərdən xəbəri varsa, bir ayıb, yoxdursa, bu da ikinci ayıb. Bu bir ailədir. Onun hər şeydən xəbəri olmalıdır. Nazirlikdə bilavasitə baş verənlərə cavabdeh oranın böyüyüdür. Bunlar canavardır, vəhşidir, nədir bilmirəm, qoyublar vəzifəyə. Amma mədəniyyət haqqında fikirləşən yoxdur. Ancaq pul, pul, vəssalam. Kinoya ayrılan pulu da yeyiblər. Bundan sonra işləyib-işləməməsini özü bilər və bir də dövlət”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93