Salam, xoş gəlmisiniz.

RAUF ARİFOĞLU DA SEÇKİNİN NƏTİCƏSİNİN LƏĞVİNİ TƏLƏB ETDİ - Sensasion müraciət

2020-02-13 14:48:00

RAUF ARİFOĞLU DA SEÇKİNİN NƏTİCƏSİNİN LƏĞVİNİ TƏLƏB ETDİ - Sensasion müraciət

"MSK 35 saylı dairənin nəticələrini ləğv etsin, bir daha yarışaq".
Bu bəyanatla 35 saylı seçki dairəsindən deputat seçilmiş Rauf Arifoğlu çıxış edib. O, bildirib ki, rəqiblərim, ölkəni qarışdırmaq istəyən təhlükəli şəbəkə sosial mediada fırtına yaradırlar:
"Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar! İnsanları manipulyasiya edirlər! Ölkədə keçirilən seçkinin ən nümunəvi dairəsində aprdığımız kampaniyanı, demokratik seçkini ləkələməyə çalışırlar.
Təmiz, halal bir qələbə qazanmışam! QƏBULLANA BİLMİRLƏR!!! Araz Əlizadəni quzu kimi qəbullanmışdılar, mənim möhtəşəm qələbəmi sinirə bilmirlər!!! Çünki bu, gerçəkdi və nəticə birilərinin çirkli siyasi karyerasını bitirir! 5000 səs fərqi ilə özündən razı və saxtakar rəqibimi qutuda qoymuşam! Qane olmurmu? Qəbul etmirmi? Bütün anti -islahat, sabotaj dəstəsi ona dəstəkdirmi? Hadi, mən də razıyam! Bir daha yarışaq! İddia etmirsiz, MSK nəticələri ləğv edəcək? Etsin! Təkrar, bütün ölkənin gözləri önündə yarışaq. Bu dəfə klon namizədlər olmadan, fırıldaqlar, təxribatçı qadınlar olmadan! Rüşvət olmadan. Çirkli texnologiyalar olmadan! Amma biləsiz: heç nə dəyişməyəcək! Yenə udacam! 5 dəfə də olsa, bu adamın məni seçki meydanında udma şansı yoxdur! Ona görə də sakitləşsin, otursun yerinə!!!
Hodri meydan! Olsun və yarış yenidən başlasın! Bunu bu dəfə mən tələb edirəm!".

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93