Salam, xoş gəlmisiniz.

“ƏRƏB TURİST” ÜÇÜN BAHALI MATRYOŞKA: Rusiya itirdiklərini Yaxın Şərqdə qazanmağa çalışır - TƏHLİL

2017-10-14 11:50:34

“ƏRƏB TURİST” ÜÇÜN BAHALI MATRYOŞKA: Rusiya itirdiklərini Yaxın Şərqdə qazanmağa çalışır - TƏHLİL

“Anadolu News Agency” (Türkiyə)

Səudiyyə Ərəbistanı kralı Səlman bin Əbdüləzizin Moskvaya səfəri iki ölkə arasındakı əlaqələrdə bir ilkdir. Buna görə də səfər rus mətbuatında və beynəlxalq mətbuatda yaxından təqib edilib.

Bir çox təmənna və tənqidə yol açan bu səfərdən dərhal sonra iki ölkə arasındakı əlaqələrin sürətlə inkişafını gözləyənlər olsa da, Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) yayımladığı iki xəbər böyük gözləmələrin yersizliyinə işarə edir. Səudiyyə Ərəbistanı Rusiyadan, yəni “isti pul“ dan gələn maliyyə nəticələrini almadan, Rusiyaya “girmədən” bütün razılaşmalar yalnız və yalnız kağız parçasıdır.

RSAİ rəsmilərinin fikrincə, səfər bəlkə də yaxınlaşma, lakin daha çox Səudiyyə Ərəbistanının Rusiyanı “aldatma“ cəhdidir.

Səudiyyə kralı və onun nümayəndə heyətinin Moskvaya səfəri ictimai fikri üçün Rusiyanın milli telekanallarını və informasiya agentliklərinin şişirdilmiş bir təbliğat halına gəlib. Alınan mesaj, bu səfərin Rusiyanın Suriya siyasəti üçün “bonus“ olduğunu söyləyir.

Rus mətbuatı Səudiyyə kralının səfərini öz vətəndaşlarına təqdim edərkən, məqsəd Putinin 2018-ci il seçkiləri ilə bağlı kampaniyasına dəstək vermək idi. Ancaq ABŞ prezidenti Trampın Səudiyyə Ərəbistanındakı böyük razılaşması kralı və onun nümayəndə heyətini Moskvaya gətirməmişdi. Səudiyyə Ərəbistanının və Rusiyanın yeganə uğuru neft ticarətlə bağlı müqavilədir.

OPEK və qeyri-OPEK neft istehsalçıları neft hasilatına məhdudiyyət qoyub, hər iki ölkədə neft qiymətlərində zərəri azaldıb. Rusiya ekspertləri bu müqavilənin hər iki tərəfin ehtiyaclarına uyğun olduğunu vurğulayırlar.

Bütün mütəxəssislər, Səudiyyə kralının Rusiyaya böyük heyətlə səfərinə səbəbin İrana qarşı olduğunu düşünür. Səudiyyə Ərəbistanının bölgədə özünə təhdid kimi gördüyü İranın Rusiyadan aldığı dəstəyi azaltmaq üçün cəhddə olduğunu yazan mütəxəssislər, Rusiyanın yaxın dövrdə İrandan vaz keçməyəcəyini vurğulayır. Məsələn, RSAİ eksperti Vladimir Fitin bu səfərdən çox məmnun deyil. “Səudiyyə Ərəbistanı Birləşmiş Ştatların təsiri altında olan ölkədir, əlbəttə ki, bu, çoxtərəfli bir şəkildə əməkdaşlıq edə biləcək bir ölkə olsa da, onu bizə qarşı istifadə edəcəkdir”.

Rus mütəxəssislərə görə, Səudiyyə Krallığı və Rusiya arasında çoxəhatəli əməkdaşlıq mümkündür: “S-400 Triumf” hava müdafiə sistemlərinin satışından ortaq “Kalaşnikov” avtomatlarının istehsalına qədər və ya enerji və texnologiya sahələrində əməkdaşlıq kimi.

Moskvada bu sahələrdə əməkdaşlıq üçün müqavilələrə imza atıb, amma mütəxəssislər, yarı yolda xarab olan qızıl örtüklü eskalator kimi, bu müqavilələrin da kağızda qala biləcəyini söyləyir.

“Carnegie.ru”nun analitiki Marianna Belenkaya “Ərəblərin kobud gücə hörmət göstərdiklərinin və bu güclə dəstəklənən razılaşmalara daha sadiq qaldıqlarının“ vurğulayır. Rusiyada bu anlayışı olanlar yalnız Belenkaya ilə məhdudlaşmır. Səudiyyə kralının səfəri zamanı Rusiya yenidən İŞİD-ə geniş raket və hava hücumu ilə, silahını reklam etdirir və ya əba altından dəyənək dəyənəyi göstərib.

Rus mütəxəssisləri nə demək istədiklərini gizləmirlər. Yaxın Şərqdə uzun müddətli ABŞ işğalı dünyada terrorizm riskini azaltmayıb. Lakin Rusiya ABŞ-ın təcrübəsindən aldığı dərslə Yaxın Şərqə gəlib və qalıcı olduğunu dünyaya və xüsusilə bölgə dövlətlərinə israrla izah etməyə çalışır. Rusiya, Qərbdə sanksiyalarda itirdiyi şeyləri Şərqdəki qazanmaq üçün mübarizə edir. Moskva uğur qazanmış kimi görünür, çünki ABŞ-dan yaxşı dərs alıb. Moskvanın uğuru de-fakto ABŞ və onun müttəfiqlərinin səhvləri ilə bağlıdır. Xüsusilə ABŞ-ın “kürd dövləti”nin qurulması və onun ənənəvi müttəfiqlərindən ayrılması həvəsləri Rusiyaya yeni imkanlar təklif edir.

“Carnegie” ekspertlərinin fikrincə, Səudiyyə kralının səfəri ABŞ üçün itkidir, amma Birləşmiş Ştatlar səhvlərini düzəldərsə, uduzan Moskva olacaq. Səudiyyə kralının qızıl örtüklü eskalatorunun Moskva hava limanında xarab olduğu kimi, ikitərəfli münasibətlər də uğursuz ola bilər. Ruslar bunu anladığından Putin bu səfərdən maksimum dərəcədə fayda əldə etməyə çalışır, seçki kampaniyası üçün “bonus“ qazanmaqdan ötrü çox sayda silah satır.

Ən əhəmiyyətli budur ki, ruslar İranla mövcud münasibətlərindən imtina etmədən, Səudiyyədən əldə edə biləcəkləri şeyləri almaq niyyətindədirlər. Ruslar ən ucuz matryoşkanı mümkün qədər baha qiymətə “ərəb turistə” satmağa çalışırlar. Qiymətdə razılaşmaq üçün əba altından zopa göstərib sövdələşirlər.

Tərcümə: Strateq.az

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93