Salam, xoş gəlmisiniz.

Ərdoğan: “Bundan sonrası Putinin işidir”, -  demişdi. Rusiya Həftərin adından iki gün möhlət istədi

2020-01-14 17:01:00

Ərdoğan: “Bundan sonrası Putinin işidir”, -  demişdi. Rusiya Həftərin adından iki gün möhlət istədi

Hurriyyet.org xəbər verir ki,  Rusiyanın Müdafiə Nazirliyi Liviya Milli Ordusu adlanan qüvvələrə başçılıq edən qiyamçı general Həftərin dünən Moskvada Rusiya ilə Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlarda atəşkəs razılığını imzalamaması ilə bağlı açıqlama verib.

Rusiya Federasiasının  Müdafiə Nazirliyinin açıqlamasında Həftərin Liviyanın Milli Barışıq Hökuməti ilə razılaşmaya müsbət yanaşdığı, məsləhətləşmə aparmaq üçün iki günə ehtiyacı olduğu deyilir.

RF MN-in açıqlamasında yazılıb: “Həftər Liviya Milli Barışıq Hökuməri ilə atəşkəs razılaşmasının son variantına müsbət yanaşır. Yerli məsləhətləşmələr üçün 2 günə ehtiyacı var”.

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti R.T.Ərdoğan bugünkü çıxışında qiyamçı general Həftərin Liviyada atəşkəsin bərqərar olması üçün razılaşma imzalamaqdan imtina eləməsi məsələsindən danışarkən deyib: “Çevrilişçi Həftər sənədi imzalamaqdan boyun qaçırdı. Əvvəlcə “bəli” dedi, sonra Moskvanı tərk elədi, Moskvadan qaçdı. Heyətimiz orada dürüst davranışını nümayiş etdirərək, imzasını atdı. Hazırda sənədlərin hamısı bizim əlimizdədir. Həftər masada bir yalan çevrilişi edərək, Moskvanı tərk elədi. Bundan sonrası möhtərəm Putin və komandasına aiddir. Biz axıra qədər sözümüzün arxasında durduq”.

Moskvada aparılan danışıqlar Liviya probleminin həlli ilə bağlı 19 yanvar 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan Berlin konfransı üçün zəmin hazırlamalı idi. http:// https://hurriyyet.org/xeber/hefter_bele_davam_elese_berlin_konfransi_-_avuolu

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru