Ərdoğan: “Sülh və əmin-amanlıq gətirəcəyik” – TÜRKİYƏ TERRORÇULARA QARŞI SAVAŞA BAŞLADI!

9 Oktyabr, 2019, 16:33
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Sülh Bulağı” əməliyyatı başlandı

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan öz “Tvitter” şəbəkəsindəki səhifəsində yazıb: “Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı “Sülh Bulağı” əməliyyatına başlamışdır”.

Türk Silahlı Qüvvələri ilə birlikdə Suriyanın müxalif döyüşçülərindən ibarət Milli Ordusu da terrorçularla döyüşəcəkdir.

Ərdoğan yazıb: “Məqsədimiz cənub sərhədimizdə yaradılmağa çalışdıqları terror dəhlizini yox eləmək və bölgəyə sülh və əmin-amanlıq gətirməkdir. Sülh Bulağı Əməliyyatı ilə ölkəmizə qarşı terror təhdidini dəf edəcəyik. Yaradacağımız təhlükəsiz bölgə sayəsində suriyalı qaçqınların ölkələrinə qayıdışını təmin edəcəyik. Suriyanın ərazi bütövlüyünü qoruayacaq, bütün bölgə xalqını terrorun pəncəsindən qurtaracağıq. Sülh Bulağı Əməliyyatından xidmət edən qərhəman Mehemetciklərimizin hər birini alınlarından öpür, onlara və bu əməliyyatda Türkiyə ilə birlikdə olan bütün yerli ünsürlərə müvəffəqiyyətlər diləyirəm. Allah yar ve yardımcımız olsun."

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93