Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

17 Fevral, 2020, 9:58
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Bu barədə “Report” diplomatik mənbəyə istinadən xəbər verir.

Agentliyin həmsöhbəti bildirib ki, imzalanması planlaşdırılan sənədlər arasında ticarət sahəsində əməkdaşlıqla bağlı müqavilə də var.

O, həmçinin Türkiyə liderinin Bakıya səfərinin fevralın 25-nə planlaşdırıldığını deyib.

Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93