Ərdoğanın başlatdığı “Biz bizə yetərik, Türkiyəm” kampaniyasına dəstək artmaqdadır – KAMPANİYANIN HESAB NÖMRƏLƏRİ AÇIQLANDI / Yeniləndi

31 Mart, 2020, 17:01
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirus epidemiyası çərçivəsində “Biz bizə yetərik, Türkiyəm” şüarı ilə Milli Həmrəylik Kampaniyası başladılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən başladılan “Biz bizə yetərik, Türkiyəm” yardım kampaniyasına böyük dəstək gəlib. Kampaniyaya siyasətçılər, iş adamları və bir çox ictimai xadim qatılıb.

Kampaniya çərçivəsində 5 aylıq maaşını fonda ianə edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, “Çətin günlərdən keçirik. Birlik və həmrəylik içində, bir-birimizə sahib çıxaraq bu çətin günləri geridə qoyacağıq, inşallah. Biz birlikdə Türkiyəyik, birlikdə güclüyük. Epidemiyaya qarşı mübarizəmizdən də birlikdə qalib çıxacağıq”, – deyib.

Kampaniyaya dəstək verənlər arasında MHP sədri Dövlət Baxçalı da var. Şəntop kimi 5 aylıq maaşını ianə edən Baxçalı kampaniyaya dəstək verməyə çağırdı.

Baxçalı, “Mən bu ağır günləri həmrəylik hisslərini təşviq etməklə və yardımlaşma hissini hərəkətə keçirməklə dəf edəcəyimizə ürəkdən inanıram. Bir-birimizə yardım əli uzatsaq, çətin vəziyyətdə olanlara dəstək versək həm insani, həm də islami məsuliyyətlərimizi yerinə yetirmiş olarıq”, – deyib.

Kampaniyaya hakim Ədalet ve İnkişaf Partiyasından da (AKP) büyük dəstək var.

AKP sədrinin vəkili Numan Kurtulmuş ve partiya sədrinin müavinləri Mahir Ünal ilə Həmzə Dağ 3 aylıq maaşlarını, digər müavin Mehmet Özhaseki isə 5 aylıq maaşını kampaniyaya ianə edib. Həmçinin çox sayda AKP millət vəkili və rayon təşkilatlarının sədrləri də kampaniyaya dəstək veriblər.

Kampaniyaya eyni zamanda iş adamları ve elm adamlarından da büyük dəstək gəlib.

***

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, “Biz bizə yetərik Türkiyəm” ("Biz bize yeteriz Türkiyem") devizi ilə milli dayanışma kampanyasına start verib. Prezident Ərdoğan və nazirlərin də maaşlarını bağışlayaraq qatıldığı kampanyada hesab nömrələri bəlli oldu. Kampanyaya dövlət qurumlarında çalışan yüksək rütbəli məmurlarla yanaşı, özəl şirkətlər və bir çox məşhrular da dəstək verməkdədir.

Milli Həmrəylik Kampaniyası çərçivəsində ödəniş edilə biləcək hesab nömrələri bunlardır:

– T.C. Ziraat Bankası AŞ Ankara Kamu Kurumsal Şubesi-1745 – IBAN: TR 65 0001 0017 4503 2156 2050 21

– T.C. Ziraat Katılım Bankası AŞ Ankara Kurumsal Şubesi – IBAN: TR 22 0020 9000 0014 3597 0000 45

– Türkiye Vakıflar Bankası TAO Kolej Şubesi – IBAN: TR 55 0001 5001 5800 7310 2018 04

– Türkiye Vakıf Katılım Bankası AŞ Ankara Kurumsal Şubesi – IBAN: TR 45 0021 0000 0003 4994 7000 01

– Türkiye Halk Bankası AŞ Bakanlıklar Şubesi – IBAN: TR 34 0001 2009 4080 0005 0002 30

Kampaniyanın təfərrüatları barədə Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyindən məlumat almaq mümkün olsa da, qeyd edək ki, artıq prezident Rəcəb Tayyib Ərdoğan 7 aylıq maaşını kampaniyaya bağışlayacağını açıqladı. Ərdoğan nazirlərin bəzilərinin üç aylıq maaşlarını bağışlamaq qərarına gəldiklərini də ifadə edərək, "Ümumilikdə kabinetimizi müşayiət edən nazirlərimiz və dostlarımız 5 milyon 200 min lirə yardım etdi", – deyə açıqlama verib.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93