Repetitor yanına gedənlərin nəzərinə… – Video

2 May, 2020, 21:57
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Məktəblərin bağlanması ilə repetitorlara tələbat artıb.

Abituriyentlər müəyyən bir fasilədən sonra repetitorların fəaliyyətinə icazə verilməsini fürsət bilərək yenidən fərdi məşğələlərə başlayıblar.

Amma xüsusi karantin rejimi müddətində repetitorlar və məşğələlərə gedən abituriyentlər mütləq qaydada bəzi məqamlara diqqət etməlidirlər. İlk olaraq, müəllimlər icaze.e-gov.az portalından qeydiyyatdan keçməlidirlər.

Təhsil eksperti Kamran Əsədov deyib ki, məşğələlərə yalnız 9 və 11-ci sinif şagirdlərinin cəlb edilməsi tövsiyə olunur.

Təhsil ekspertinin sözlərinə görə, Bakı, Abşeron, Sumqayıt, Gəncə və Lənkərandan fərqli olaraq, digər şəhər və rayonlarda abituriyentlərin imkanı daha genişdir. Mayın 4-dən bəzi bölgələrdə karantin qaydalarının yumşaldılması repetitorların da işini asanlaşdırır.

Ekspertlər abituriyentlərə icazənin 3 saatlıq verildiyini xatırladaraq, müəllimlərin məşğələ müddətini əvvəlki vaxtlara nisbətən azaltmalarının və məşğələ vaxtından maksimum səmərəli şəkildə istifadə etmələrinin vacibliyini vurğulayırlar. \\Xəzər TV

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93